İyun 18, 2025-15:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ŞƏRH Azərbaycanın dünya müdafiə sənayesi sektorunda potensialı böyükdür – ŞƏRH

2024:09:27 - 12:38
in SİYASƏT
A A

Uzun illərdir Azərbaycan öz müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində müəyyən layihələr həyata keçirir. Bu layihələrin ilkin mərhələsi pilotsuz uçuş aparatları parkının yaradılması, dronların həm istehsalı, həm də satınalınması ilə bağlı idi. Bu gün Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları parkı həm müşahidə-kəşfiyyat, həm zərbə, yəni kamikadze, həm də silahlı pilotsuz uçuş aparatları ilə təchiz edilib. Təbii ki, ənənəvi döyüş aviasiya vasitələrinin də satın alınması və bununla da ordunun döyüş aviasiya parkının daha da gücləndirilməsi, modernləşməsi işi Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biridir. Bu cür satınalmalar adətən ciddi siyasi xarakter daşıyır və gələcəkdə yarana biləcək hansısa problemlərdən sürətli şəkildə yayınmaq məqsədilə daha ağıllı, daha praqmatik addım hesab edilir. Təbii ki, Pakistan-Azərbaycan siyasi əməkdaşlığı haqqında xüsusi danışmağa ehtiyac yoxdur və bu ölkə ilə hərbi-texniki əməkdaşlığın gücləndirilməsi də uzun illərdən bəri həyata keçirilən addımlardan biri idi. 10 ildən çox idi ki, Pakistan istehsalı olan JF-17C çoxtəyinatlı döyüş təyyarəsinin satın alınması istiqamətində iş gedirdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubları bu döyüş təyyarəsini müxtəlif əməliyyat şəraitlərində yoxlamaqla yanaşı, gələcəkdə yarana biləcək problemləri sürətli şəkildə aradan qaldırmaq üçün atılacaq addımları müəyyənləşdirmək məqsədilə uzun illərdir araşdırmalar aparırdı.Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli söyləyib.JF-17C döyüş təyyarəsinin alınması ilə bağlı Pakistan tərəfinin dəfələrlə Azərbaycana səfər etdiyini qeyd edən ekspert xatırladıb ki, eyni zamanda, Azərbaycan tərəfi də Pakistanda JF-17C döyüş təyyarələri ilə yaxından tanış olub və nəhayət, bu döyüş təyyarəsi satın alınaraq Azərbaycan Ordusunun balansına verildi: “Əminliklə demək olar ki, JF-17C təyyarəsi mükəmməl döyüş idarəetmə sisteminə malikdir. Bu təyyarə öz nəslində olan digər təyyarələrdən daha rentabelli, daha praqmatik və praktikdir. Hazırkı məqamda isə Azərbaycan üçün ən uyğun satınalma məhz Pakistanla bağlı idi. F-16 və MİQ-29 eyni nəsil təyyarələri ilə müqayisədə təbii ki, JF-17C-nin imkanları daha müasir və yenidir”.R.Məmmədli vurğulayıb ki, Azərbaycan müdafiə sənayesi kompleksinin yenilənməsi, güclənməsi, müasir tələblərə cavab verməsi istiqamətində artıq uzun illərdir işlər görülür. Qeyd edib ki, son iki ildə isə bu istiqamətdə əsaslı tədbirlərin həyata keçirilməsinə start verilib: “Artıq Azərbaycan müdafiə sənayesində yeni müəssisələrin inşası, onların yaradılması istiqamətində işlər aparılır. Həmçinin paralel olaraq özəl sektorun stimullaşdırılması üçün həm qanunvericilikdə, həm də cari fəaliyyətdə addımlar atılır. Hesab edirəm ki, Azərbaycanda hərbi zavodların modelləşməsinin şahidi olacağıq. ADEX müdafiə sənayesi sərgisində də biz həm özəl müdafiə sənayesi sektoru tərəfindən, həm də dövlət müdafiə sənayesi sektorunda təmsil olunan müəssisələr tərəfindən yeni məhsulların istehsal edildiyini görəcəyik. Təbii ki, xarici təcrübə də öyrənilir, bir neçə ölkə ilə bu istiqamətdə layihələr həyata keçirilir və prosesin irimiqyaslı olacağını yaxın gələcəkdə müşahidə edəcəyik. Azərbaycanın dünya müdafiə sənayesi sektorunda potensialı böyükdür. Bizim xarici siyasətimiz imkan verir ki, bir neçə istiqamətdə müdafiə sənayesinin imkanlarını gücləndirək”.

Əvvəlki Yazı

Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq ŞƏRH

Növbəti Yazı

Anım Günü dərin ehtiramın ifadəsidir ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.