İyun 22, 2025-0:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə elektron sənəd formasında sertifikat veriləcək

2023:11:22 - 13:49
in SOSİAL
A A
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə elektron sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.

Həmçinin Qərara əsasən, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir. Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdirilir.

Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:

– sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);

– təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;

– sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);

– təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;

– təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeçiliyi göstərilməklə) adı;

– təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;

– təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;

– təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;

– sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.

– sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.

Əvvəlki Yazı

BMT Qəzzanın şimalındakı 24 xəstəxanadan yalnız 2-nin fəaliyyət göstərdiyini açıqlayıb

Növbəti Yazı

İspaniyanın baş naziri Netanyahuya Fələstin dövlətini tanımağa hazır olduğunu bildirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.