Polşa və onun silahlı qüvvələri ölkədə sursat istehsalının az olması səbəbindən hipotetik hərbi münaqişəyə tamamilə hazır deyil. Bu fikri “Radio Zet” radiostansiyasının efirində ifrat sağçı “Konfederasiya” assosiasiyasından olan Seymin (Polşa parlamentinin aşağı palatası) deputatı Slavomir Menzen bildirib.
“Hazırda biz münaqişəyə tam hazır deyilik”, – deyə siyasətçi qeyd edib. Onun sözlərinə görə, Polşa ildə cəmi 30 min artilleriya döyüş sursatı istehsal edir, “Rusiya hər gün 10 min sursatdan istifadə edir”. Müxalifətçi deputat həmçinin Polşanın hazırkı hakimiyyət orqanlarının müdafiə təchizatı sahəsində qərarlarını tənqid edərək qeyd edib ki, “onlar Polşa ordusu ilə xidmətə girəcək Amerika döyüş təyyarələri F-35 kimi çox bahalı şeylər alırlar.
Bundan əvvəl respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşavanın müdafiə büdcəsinin 50%-dən çoxunu ordunun modernləşdirilməsinə xərcləməyi planlaşdırdığını açıqlqmışdı . Hazırda Polşanın hərbi xərcləri ÜDM-in təxminən 4%-ni təşkil edir. (Tass)