İraqın Shafaq News xəbər portalı xəbər verir ki, 150-dən çox İran pilotsuz təyyarəsi cavab zərbəsi endirmək üçün İraqın hava məkanını keçərək İsrailə doğru istiqamət alıb.
İraqın yüksək səviyyəli təhlükəsizlik mənbəsinin sözlərinə görə, PUA-lar İraqın İranla həmsərhəd olan Diyala əyaləti üzərində səmada görünüb.