İraq İslami Müqavimət Hərəkatına aid şiə silahlıları İsrailin cənubundakı Eylatdakı hədəfi vurduqlarını və ölkənin şimalındakı Hayfa limanına hücum etdiklərini iddia edirlər. Bu barədə radikalların Telegram kanalında dərc olunan bəyanatda deyilir.
O qeyd edir ki, zərbə bazar ertəsi səhər pilotsuz təyyarələr və qanadlı raketdən istifadə edilməklə həyata keçirilib. Radikallar hücumun “fələstinli mülki əhalinin qətliamına cavab olaraq” həyata keçirildiyini açıqlayıb.
İsrail bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. (Tass)