İraqın İslami Müqavimətinə aid silahlı şiə birləşmələri Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını atəşə tutub.
“Şam FM” radiostansiyasının verdiyi məlumata görə , şiə döyüşçüləri çoxsaylı raket sistemlərindən istifadə edərək hərbi obyektə iki dəfə atəş açıblar. Şahidlər bazanın ərazisində partlayışların baş verdiyini bildiriblər. Raket zərbələri ilə bağlı başqa təfərrüatlar verilməyib.
Bundan əvvəl şiə döyüşçüləri kamikadze pilotsuz uçan aparatla İraqın qərbindəki Ənbar əyalətində Amerikanın Ayn əl-Əsəd bazasına hücum edib. Yerüstü hava hücumundan müdafiə sistemləri ona baraj atəşi açıb.
Yanvarın 20-də bu hərbi obyektə 20-dən çox müxtəlif çaplı raketlər atılıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü hücum nəticəsində iki əsgərin yaralandığını bildirib. (Tass)