Çin prezidenti Si Cinpin ordunun modernləşdirilməsi vəzifələrini nəzərə alaraq, milli təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün ölkənin sərhəd, dəniz və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi barədə göstəriş verib. Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin WeChat sosial şəbəkəsindəki səhifəsində ətraflı məlumat verildiyi kimi, dövlət başçısı belə bir sərəncamı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında verib. O, müasir hərbi infrastrukturun yaradılmasının milli dövlət quruculuğu prosesində “vahid tələb” olduğunu vurğulayıb.
“Biz yeni dövrdə Çin xüsusiyyətlərinə malik sosializm ideyalarına möhkəm bağlı olmalıyıq”, – Si Cinpin vurğulayıb. Onun sözlərinə görə, ÇXR silahlı qüvvələrinin komandanlığı daxili vəziyyəti və beynəlxalq vəziyyəti nəzərə almalı, güclü və etibarlı qoşunlar formalaşdırmağa çalışmalıdır. (Tass)