Çin prezidenti Si Cinpin mayın 7-də Serbiyaya dövlət səfərinə gələcək. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiçin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç 2024-cü il mayın 7-8-də Serbiya Respublikasına rəsmi səfər edəcək Çin Xalq Respublikasının Sədri Si Cinpini qəbul edəcək”, – Serbiya liderinin mətbuat xidməti qeyd edib.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirmişdi ki, Çin Xalq Respublikasının sədri mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfərlər edəcək. (Tass)