Çin Prezidenti Si Cinpin Çinin paytaxtında Senatda Demokratik Çoxluğun lideri Çak Şumerin başçılıq etdiyi amerikalı senatorlardan ibarət ikipartiyalı nümayəndə heyətini qəbul edib. Bu barədə bazar ertəsi Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Görüş Xalq Evində baş tutub. Kanal hələlik başqa təfərrüatları açıqlamayıb.
Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi amerikalı qanunvericilərlə görüşüb. Çin mediası Çin və Amerika tərəfləri arasında aparılan danışıqları ətraflı işıqlandırmayıb.
Pekindən sonra senatorların Çinin Sian şəhərinə səfəri gözlənilir. Çindən sonra Koreya Respublikası və Yaponiyaya da səfər etmək niyyətindədirlər. (Tass)