Rusiya və Çin xarici qüvvələrin onların daxili işlərinə qarışmasına birgə müqavimət göstərməlidir. Bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Çin sədri Si Cinpin deyib.
“Çin və Rusiya strateji əməkdaşlığı intensivləşdirməli, milli suverenliyi, təhlükəsizlik və inkişaf maraqlarını qorumalı və xarici qüvvələrin daxili işlərə qarışmasına qətiyyətlə qarşı çıxmalıdırlar”, – deyə Çin Mərkəzi Televiziyası onun sözlərini sitat gətirib.
Liderlər qarşılıqlı maraq doğuran strateji məsələlər üzrə fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Çin beynəlxalq çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün Rusiya ilə işləməyə hazırdır, Si Cinpin deyib. (Tass)