Çin-Macarıstan münasibətləri möhkəm dostluğa əsaslanır və tarixin ən yaxşı dövrünü yaşayır. Bunu Macarıstan prezidenti Tamaş Şujok ilə görüşündə Çin sədri Si Cinpin deyib.
“Çin və Macarıstan münasibətləri tarixin ən yaxşı dövrünü yaşayır. Ənənəvi dostluq insanların qəlbində dərin kök salıb və müxtəlif sahələrdə əməkdaşlıq səmərəli nəticələr verir”, – deyə Çin Xarici İşlər Nazirliyi Si Cinpindən sitat gətirib.
Çin lideri xatırladıb ki, bu il Pekin və Budapeşt ikitərəfli diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü qeyd edirlər. O, Macarıstan ilə əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etdirməyə, siyasi etimadı və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.
Mayın 8-dən 10-dək Si Cinpin Macarıstanda səfərdədir. Tamaş Sujokdan başqa, Çin prezidenti respublikanın baş naziri Viktor Orbanla da görüşməyi planlaşdırır. (Tass)