Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə xarici işlər nazirinin birinci müavini Andrey Sibiqanın namizədliyini Ali Radanın təsdiqinə təqdim edib. Qətnamə layihəsi Ukrayna parlamentinin saytında qeydiyyatdan keçib.
Prosedura görə, Xarici İşlər Nazirliyinin rəhbərinin təyin edilməsi ilə bağlı təklifi prezident şəxsən Radaya təqdim edir. Elektron faylda olan məlumatlara görə, sənəd parlamentə təqdim olunaraq aidiyyəti komitəyə baxılması üçün təqdim edilib.
Bundan əvvəl Rada 2020-ci ilin martından Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış Dmitri Kulebanın istefasını təsdiqləyib. Sibiqa əvvəllər prezident aparatında işləyib.
Sentyabrın 5-də Radada təyinatlar günü olacağı gözlənilir. Nazirlər Kabinetinin bir neçə üzvünün təyin edilməsi ilə bağlı parlamentə təkliflər daxil olub. (Tass)