Avqust 23, 2025-22:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“SİMA” ilə taksi səfərləri daha etibarlı!

2025:07:14 - 10:00
in İQTİSADİYYAT
A A

“SİMA”-nın üztanıma texnologiyasının qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərində istifadəsinə başlanılıb.

“AzIntelecom” MMC-sən AZƏRTAC-a bildirilib ki, artıq qeyd edilən taksi operatorlarının sürücüləri şəxsiyyətlərini “SİMA”-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli vasitəsilə təsdiq edərək fəaliyyət göstərəcəklər. Rəqəmsal identifikasiya – üztanıma yoxlamasını uğurla keçən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə veriləcək. Profil sahibinin fotosu ilə sürücünün siması eyniləşmədiyi təqdirdə həmin profil bloklanacaq. Bununla da uyğun olmayan şəxslərin sürücü kimi işləməsinin və qeyri-qanuni profil istifadəsinin qarşısı alınacaq.

Yeniliyin əsas məqsədləri:

– Üztanıma texnologiyası ilə nəzarət mexanizmini gücləndirmək;

– Uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaratmaq;

– Sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını almaq;

– Sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq.

İnteqrasiya nəticəsində “Bolt”, “Uber” və “Yango” sürücülərindən bir neçə mərhələdə və müxtəlif zaman aralığında üztanıma testindən keçməsi tələb oluna bilər. Həmin mərhələlər aşağıdakı kimidir:

– Tətbiqə ilkin qeydiyyat zamanı;

– Sistemə yenidən daxil olduqda;

– Sifariş tələbi gələn zaman (alqoritm əsasında).

Taksi fəaliyyəti ilə bağlı bu yenilik “AzInTelecom” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində tətbiq edilib.

“SİMA KYC” haqqında

“SİMA KYC” (Know Your Customer – Müştərini Tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

Əvvəlki Yazı

PKK-nın tərksilahının sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır

Növbəti Yazı

Azərbaycan Komandası Asiya və Sakit Okean Regionunun “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.