May 24, 2026-5:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şimal bölgəsinin media nümayəndələri “Mediada Azərbaycan dili” təlimlərinə cəlb olunub

2026:04:04 - 15:06
in SOSİAL
A A

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlim Qubada keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Quba-Xaçmaz regionu üzrə media qurumlarının və dövlət strukturlarının mətbuat xidmətlərinin iştirakı ilə təşkil edilib.

Təlimin əsas məqsədi medianın ana dilinin qorunmasındakı rolunu, bu sahədə yanaşmaları və inkişaf istiqamətlərini müzakirə etmək, mövcud problemləri araşdıraraq üzə çıxarmaq olub.

Tədbirdə efir estetikası üzrə mütəxəssis Mümtaz Xəlilzadə, Teleradio Akademiyasının direktoru Almaz Nəsibova çıxış edərək proqramın başlıca məqsədinin Azərbaycan dilinin qorunması olduğunu vurğulayıblar.

Bildirilib ki, təlimlərin sonunda aparılan monitorinqin nəticələrinə əsasən müəyyən tədbir həyata keçiriləcək.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxış edərək ölkəmizdə dilə və mediaya dövlət səviyyəsində olan həssas münasibətdən danışıb. Qeyd edib ki, Qubada müxtəlif ləhcələr mövcud olsa da, hər kəs ana dilinə hörmətlə yanaşır və dilin düzgün istifadəsinin təbliği vacib istiqamət hesab olunur.

BDU-nun kafedra müdiri, dosent və Teleradio Akademiyasının “Fokus” qrupunun rəhbəri Aynur Nəsirova təlimlərin müzakirə xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, yekunda əldə olunan nəticələr dilçi alimlər və mütəxəssislərlə birlikdə təhlil ediləcək.

“ARB Günəş” telekanalının direktoru Məhsim Məhsimov bildirib ki, jurnalistlər və efirə çıxan şəxslər dil normalarına ciddi riayət etməlidirlər. M.Məhsimov uşaq auditoriyası üçün yayımlanan proqramlarda dilin düzgün çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və yerli cizgi filmlərinin bu istiqamətdə rolunu diqqətə çatdırıb.

Jurnalist Aytəkin Alxaslı çıxışında ana dilinin inkişafı ilə bağlı bölgələrdə aparılan maarifləndirici fəaliyyətlərdən danışıb.

ADPU-nin Quba filialının Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev ana dilinin qorunması üçün maarifləndirici, təbliğat və inzibati tədbirlərin vacibliyini diqqətə çatdırıb. O, dilin cəmiyyət üçün əsas dəyər olduğunu vurğulayaraq bu istiqamətdə hər kəsin məsuliyyət daşıdığını qeyd edib.

Təlim çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, medianın dil siyasətində rolu geniş müzakirə olunub.

Əvvəlki Yazı

İstanbulda Səyyar ASAN xidmət Azərbaycan vətəndaşları üçün 3 günlük xidmət göstərilib

Növbəti Yazı

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.