KXDR yenidən Koreya Respublikasına zibil balonları göndərir. Bu barədə Seul rəsmiləri məlumat yayıb.
“Şimali Koreya yenidən cənuba doğru zibil balonlarını buraxır” deyə Seul meriyasından gələn kütləvi poçtda deyilir. Əvvəlki dəfə oxşar hadisə sentyabrın 18-də baş vermişdi.
Sentyabrın 4-dən Şimali Koreya 5 gün dalbadal havaya hava şarları buraxıb. Şimali Koreya sentyabrın 12-nə keçən gecə buraxılışı təkrarlamağa çalışsa da, hava şarları sərhədi keçməyib. Aksiya sentyabrın 14 və 15-də təkrarlanıb. Bu kampaniya mayın sonunda başladı və o vaxtdan bəri minlərlə hava şarları buraxılıb. (Tass)
Bundan əvvəl Pxenyan Cənubi Koreyalı fəalların təbliğat vərəqələrinin atılmasını cavabsız qoymayacağını bəyan etmişdi.