Şimali Koreya cümə axşamı ən son qitələrarası ballistik raketi (Hwasong-19) buraxdığını bildirib. Bu barədə Yonhap agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat yayıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR tərəfindən buraxılan raket rekord 86 dəqiqə ərzində uçuşda olub və bu müddət ərzində bütün zamanların maksimum 7 min km hündürlüyünə qalxıb. O, 1 min km məsafə qət etdi və Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda, Hokkaydo yaxınlığında, Yaponiyanın Okuşiri adasından təxminən 200 km qərbə düşüb. (Tass)