Şimali Koreya cənub istiqamətində Sarı dənizə doğru raket atıb. Bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Bundan əvvəl Pxenyan Yaponiyanı mayın 27-dən iyunun 4-dək peyki buraxmaq planları barədə məlumat vermişdi. (Tass)