Yanvarın 7-də KXDR hərbçiləri 23 sahil artilleriya silahından dörd şərti hədəfə 88 mərmi ataraq planlı təlim keçirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən Koreya Xalq Ordusunun Baş Qərargahının bəyanatında deyilir.
“Dəniz hədəflərinə canlı mərmi atılması düşmən dövlət üçün qəsdən təhlükə yaratmayıb”, – bəyanatda deyilir. Pxenyan atışmaların “müntəzəm, sistemli təlimlər” planına uyğun olaraq həyata keçirildiyini bildirib. Baş Qərargah həmçinin qeyd edib ki, yanvarın 6-da hərbçilər partlayıcıları işə salmaqla artilleriya silahlarının gurultusunu simulyasiya edən “aldadıcı əməliyyat” həyata keçirilib.
Seul bildirib ki, Pxenyan bazar günü 90-a yaxın mərmi atıb. Onların hamısı Koreya Respublikasının faktiki dəniz sərhədi hesab etdiyi Şimal Demarkasiya Xəttinin şimalına düşüb. Cənubi Koreyada qeyd edildiyi kimi, KXDR ardıcıl üçüncü gündür ki, sahil artilleriya təlimləri keçirir. (Tass)