KXDR-in ilk kəşfiyyat peyki Mulligyong-1 uçuşa uyğunlaşma müddətindən sonra dekabrın 1-də öz missiyasını tam yerinə yetirməyə başlayacaq. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Şimali koreya lideri Kim Çen In Aerokosmik Texnologiyalar üzrə Dövlət Baş İdarəsinin kosmik mərkəzinə baş çəkib və burada peykin fəaliyyəti ilə tanış olub. “KXDR Baş Aerokosmik Mühəndislik İdarəsi yoldaş Kim Çen Ina bildirdi ki, kəşfiyyat peyki 7-10 günlük dəqiqləşdirmədən sonra dekabrın 1-də təyin olunmuş kəşfiyyat işlərinə başlayacaq”, – KCNA xəbər verir.
Bundan əlavə, KXDR liderinə yerli vaxtla saat 09:21-də (Moskva vaxtı ilə 04:21 – TASS qeydi) Amerika bazalarının, o cümlədən Andersen Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi Quam adası üzərində çəkilmiş fotoşəkillər nümayiş etdirilib. (Tass)