Yəhya Sinvarın Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilməsi Qəzza zolağında atəşkəslə bağlı İsraillə danışıqları çətinləşdirə bilər. Bu barədə “The Wall Street Journal” (WSJ) ərəb tərəfinin adı açıqlanmayan danışıqlarçılarına istinadən məlumat yayıb.
Onların məlumatına görə, Sinvar Həmas lideri kimi ABŞ-ın Fələstin anklavında sülh əldə etmək cəhdlərinə mane ola bilər. Onun yəhudi dövlətini güzəştə getməyə məcbur etmək üçün “sərt xətt” və “maksimalist mövqe” tutacağı qeyd edilir. Öz növbəsində, İsrailin sağçı siyasətçiləri, nəşrin yazdığı kimi, HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsində və Sinvarın öldürülməsində israrlıdırlar ki, bu da baş nazir Benyamin Netanyahunun onlarla mümkün atəşkəs şərtləri ilə razılaşmasını çətinləşdirir. Qəzet əlavə edib ki, HƏMAS-ın yeni lideri İsrail ordusunun bir nömrəli hədəfinə çevrilərək, onun hərəkata rəhbərlik etmək və atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini çətinləşdirib. (Tass)