Şirvan-Salyan Regional Təhsil İdarəsində respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə görüş keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı final mərhələsinə hazırlıq prosesi, qarşıda duran hədəflər müzakirə edilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə 60 şagird respublika fənn olimpiadalarının finalında iştirak etmək hüququ qazanıb.