Şirvanda yol-nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın şəxsiyyəti məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, bu, Hacıqabul sakini, 1949-cu il təvəllüdlü Babayev Əlimədət Nuru oğludur.
Qeyd edək ki, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Ə.Babayev yolu keçərkən avtomobil onu vuraraq xəsarət yetirib.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun öldüyü məlum olub.
Faktla bağlı araşdrma aparılır.