İyun 16, 2025-22:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şirvanda Milli Qəhrəman Nofəl Quliyevin və şəhid Cavid Məmmədlinin xatirələri anılıb

2023:10:05 - 15:18
in SOSİAL
A A

Şirvan şəhərində şəhidlər Milli Qəhrəman Nofəl Quliyevin və Cavid Məmmədlinin xatirələri anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidi Cavid Natiq oğlu Məmmədlinin Şirvan şəhər Şəhidlər xiyabanında anım günü keçirilib. Şəhid Cavidin və digər şəhidlərin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının, Şirvan bələdiyyəsinin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək, vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açılıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edilib. Şəhid Cavidin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulanıb.

Bildirilib ki, Cavid Məmmədli Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Cəbrayıl istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində şücaəti ilə seçilərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən söhbət açıblar. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışılıb.

Sonra şəhidlərin ruhuna dualar oxunub.

Mərasim iştirakçıları Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəman Nofəl Zahid oğlu Quliyevin doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Çıxış edənlər Nofəl Quliyevin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi igidlik və şücaətdən danışıb, təhsil aldığı 9 nömrəli tam orta məktəbin onun adını daşıdığını və Şirvan şəhərində büstünün qoyulduğunu diqqətə çatdırıblar.

Əvvəlki Yazı

Aİ Ermənistan və Azərbaycanı ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımağa çağırıb

Növbəti Yazı

Avropa İttifaqı Ermənistana 25 milyon avro yardım ayıracaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.