İyun 13, 2025-16:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şirvanda “Ulu Öndərə mənəvi borcum” və “Ulu Öndərin “Canlı əsəri” Tərlan” kitablarının təqdimatı olub

2025:05:30 - 18:04
in SİYASƏT
A A

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın “Ulu Öndərə mənəvi borcum”, Vaqif Osmanlının “Ulu Öndərin “Canlı əsəri” Tərlan” və Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi “Babamın papağı, nənəmin kəlağayı” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Şirvan Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə “Ulu Öndərin “Canlı əsəri” Tərlan” kitabının müəllifi, araşdırmaçı yazar, publisist Vaqif Osmanlı qeyd edib ki, tarix olduğu kimi yazılmalıdır: “Ulu Öndərin “Canlı əsəri” Tərlan” kitabı Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını özündə əks etdirir. Respublikamızda 70 illik yubileyi təntənə ilə qeyd olunan Tərlan Musayevanın şərəfli və çətin ömür yolundan bəhs edən kitabı oxucular sevə-sevə oxuyacaqlar. Düşünürəm ki, bu, zamanında yazılmış kitabdır”.

“Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolunun, zəngin və çoxşaxəli irsinin xalqımız üçün tükənməz miras olduğunu vurğulayıb. O həmçinin Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən, bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb. Tərlan Musayeva “Ulu Öndərə mənəvi borcum” kitabında Ümummilli Lider Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyinin vurğulandığını diqqətə çatdırıb və bildirib ki, Ulu Öndərin Azərbaycan dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətlər daim xalqımızın qəlbində yaşayacaq. O həmçinin Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin beynəlxalq arenada qazandığı uğurları xüsusi qeyd edib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı “Babamın papağı, nənəmin kəlağayı” kitabında toplanan şeir və nəsr nümunələrinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan söhbət açıb.

Tədbirdə çıxış edən digər iştirakçılar da təqdim olunan kitablar haqqında fikirlərini bölüşüblər.

Sonda iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına aid videoçarx nümayiş olunub.

Əvvəlki Yazı

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap olunub

Növbəti Yazı

Yeni mərhələdə Azərbaycan ABŞ üçün vacib və etibarlı tərəfdaş kimi qiymətləndirilir 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.