İyun 15, 2025-11:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sitrus meyvələrinin ixracı 10 dəfədən, nar ixracı 3 dəfədən çox artıb

2023:11:01 - 12:22
in İQTİSADİYYAT
A A

“Azərbaycanın aqrar sahədə malik olduğu müqayisəli üstünlüklərinin reallaşdırılması və səmərəli ixtisaslaşmanın aparılması məqsədi ilə istehsalı yüksək iqtisadi səmərəliliyə malik olan meyvə bağlarının genişləndirilməsini stimullaşdırmaq üçün dövlət intensiv bağların salınmasını dəstəkləyir, böyük məbləğlərdə birdəfəlik subsidiyalar verilir. Bu tədbirlər nəticəsində sitrus meyvələrinin, o cümlədən çəyirdəkli meyvələrin, narın ixracı dəfələrlə artıb. Məsələn, 2022-ci ilin yanvar-sentyabr ayı ilə müqayisədə sitrus meyvələrinin ixracı 10 dəfədən çox, nar ixracı 3 dəfədən çox artıb”.

Bunu 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə AZƏRTAC üçün eksklüziv məqaləsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazir qeyd edib ki, həmçinin torpaq-iqlimpotensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexanizmi yaradılıb. Yeni mexanizmə görə, artıq bu ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası da ödənilir.

“Ümumilikdə aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində nominal ifadədə 10 dəfəyə yaxın artaraq 450 milyon manat olub”, – deyə o əlavə edib.

Məqalənin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.

Əvvəlki Yazı

UNEC-də ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb

Növbəti Yazı

Tərtərin xurma bağlarının məhsulu xarici bazarlara çıxarılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.