“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir. Onu da qeyd edim ki, 2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq. Azad edilən ərazilərdə bərpa quruculuq işləri bu gün də sürətlə davam edir”.