Skandinaviya və Baltikyanı ölkələr, eləcə də Polşa İsveçin Harpsund şəhərində keçirilən görüşdə Ukraynanın müdafiə sənayesinə birbaşa investisiya yatırmaq barədə razılığa gəliblər. Bunu Danimarkanın baş naziri Mette Frederiksen Estoniya, Finlandiya, Latviya, Norveç, Polşa və İsveçdən olan həmkarları ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Biz bilirik ki, Ukraynaya hərbi yardımla bağlı atdığımız addımlar yetərli deyil”, o qeyd edib: “Biz bu gün Ukraynanın müdafiə sənayesinə birbaşa sərmayə yatırmaq və onlara lazım olanı vermək üçün addım atmağa və bunu tez bir zamanda etməyə razılaşdıq. Əgər biz azad Avropa istəyiriksə, Ukraynaya indi döyüş meydanında lazım olanı verməliyik”.
İsveçin baş naziri Ulf Kristersson bildirib ki, təhlükəsizlik vəziyyəti və Ukraynaya yardım NATO üzv ölkələrinin hərbi xərcləri ÜDM-in ən azı 2%-nə qədər artırmaq öhdəliyindən daha çox vəsaitin ayrılmasını tələb edəcək. “NATO-nun 2%-lik hədəfindən daha çox pul təmin etmək lazım gələcək.
Danimarka, Estoniya, Finlandiya, Latviya, Norveç, Polşa və İsveç hökumət başçılarının birgə bəyanatında qeyd edilir ki, bu dövlətlər Ukraynanın müdafiə sənayesinə dəstəyi gücləndirmək, xüsusən də Ukrayna Silahlı Qüvvələrini külli miqdarda silahla təmin etmək niyyətindədirlər. “Yaxın aylarda biz Ukraynanın müdafiə sənayesi də daxil olmaqla dəstəyimizi gücləndirəcəyik və Ukraynanın daha çox sursatla təmin edilməsinə sərmayə qoyacağıq”, – bəyannamədə “Ukraynanın qələbə planı”na dəstək və tam Avropa qüvvələrinə sadiqlik də bildirilir. (Tass)