ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında üçtərəfli görüş Romada baş tuta bilər. Bu barədə Britaniyanın Sky News telekanalı Avropa diplomatik dairələrindəki mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Tramp və Zelenski görüşün Romada keçirilməsinin tərəfdarıdır. Danışıq platforması üçün bu variant ABŞ-ın vitse-prezidenti J.D.Vans və dövlət katibi Marko Rubio tərəfindən dəstəklənir. Bununla yanaşı, Rusiya tərəfi telekanalın məlumatına görə, Cenevrə ilə varianta üstünlük verir. (Tass)