Böyük Britaniyanın baş naziri Keir Starmer hökumət üzvləri və parlamentarilərin təzyiqi nəticəsində sentyabrda Fələstin Dövlətinin tanınmasının mümkünlüyü ilə bağlı açıqlama verib. Bu barədə Sky News telekanalı məlumat yayıb.
Bundan əvvəl Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) yarısı hakim Leyboristlər Partiyasına mənsub olan 250-yə yaxın üzvü Starmerə Fələstin dövlətinin tanınmasını tələb edən məktub imzalamışdı. Bundan əlavə, KİV-in məlumatına görə, baş nazirin müavini Angela Rayner, xarici işlər naziri Devid Lammi, ədliyyə naziri Şabana Mahmud və daxili işlər naziri İvette Kuper də daxil olmaqla, kabinetin yüksək vəzifəli üzvləri bu addımın tərəfdarıdırlar.
Sky News xəbər verir ki, Starmer açıqlama verməzdən əvvəl İsrailin baş naziri Binyamin Netanyahu və İordaniya kralı II Abdullah ilə telefon danışığı aparıb. Onun axşam saatlarında Avropa liderləri ilə Fələstin məsələsini də müzakirə edəcəyi gözlənilir.
Çərşənbə axşamı Starmerin ofisi İsrailin humanitar yardımın Qəzzaya çatmasına mane olmağa davam edərsə və anklavda hərbi əməliyyatını davam etdirərsə, Böyük Britaniyanın sentyabrda keçiriləcək BMT Baş Assambleyası ərəfəsində Fələstin dövlətini tanıyacağını bildirən bəyanat yayıb. (Tass)