Slovakiya prezidenti Peter Pelleqrini Ukraynada hərbi münaqişəyə son qoyulması və sülhün əldə olunması üçün başlayan beynəlxalq dialoqun uğuruna əminliyini ifadə edib. Dövlət başçısının sözlərini TASR xəbər agentliyi sitat gətirir.
Pelleqrini hesab edir ki, “Beynəlxalq səhnədə başlanmış diplomatik səylər və dialoq müharibənin sona çatmasına və davamlı sülhün əldə olunmasına gətirib çıxaracaq”, “Beynəlxalq ictimaiyyət və onun liderləri insan əzablarına necə son qoymaq və bütün maraqlı tərəflər tərəfindən tanınan davamlı sülhün bərqərar olması kimi əsas vacib vəzifə ilə üzləşiblər”. (Tass)