Slovakiyada Robert Fiko hökumətinə qarşı etirazlar keçirilir. Bu barədə Aktuality portalı məlumat yayıb.
Onun sözlərinə görə, etirazçılar “Slovakiya Avropadır” şüarı ilə çıxıblar. Portalın məlumatına görə, etirazların təşkilatçısı Ukraynayönlü “Ukrayna üçün Sülh” təşkilatı olub. Aktuality iddia edir ki, Bratislavada keçirilən etiraz aksiyasına 60 min adam gəlib.
Bundan əvvəl Fiko müxalif “Tərəqqiçi Slovakiya” partiyasını Ukrayna ssenarisi üzrə ölkədə çevrilişə hazırlaşmaqda ittiham edib. Baş nazir qeyd edib ki, artıq ölkəyə xarici mütəxəssislər gəlib və küçə etirazları təşkil etməklə, inzibati binaları ələ keçirməklə qanuni hakimiyyəti devirməyə cəhd edə bilərlər. Slovakiya hökumətinin başçısının sözlərinə görə, respublikanın təhlükəsizlik qüvvələri çevrilişin qarşısını almaq üçün “ciddi ehtiyat tədbirləri” görəcək.