Xarici işlər və Avropa işləri naziri Juraj Blanar Ukrayna liderlərini Drujba neft kəmərinə zərbə endirməkdən çəkinməyə çağırıb. Bu barədə TASR xəbər agentliyi məlumat yayıb.
Blanar son günlər Ukraynanın xarici işlər naziri Andriy Sibiha və bu ölkənin baş nazirinin müavini Taras Kaçka ilə telefonla respublikanın neft aldığı boru kəməri ilə bağlı vəziyyəti müzakirə edib. “[Ukrayna Silahlı Qüvvələrinin] “Drujba”ya endirdiyi zərbələr təkcə Slovakiyaya deyil, həm də Ukraynanın özünə ziyan vurur”, – agentlik slovakiyalı nazirin sözlərindən sitat gətirib.
Ukrayna rəhbərliyinin nümayəndələri, Blanarın sözlərinə görə, iki ölkə arasındakı münasibətlərdə “konstruktiv yanaşmada maraqlıdırlar”. Hazırda Slovakiya və Ukrayna hökumətlərinin birgə iclasına hazırlıq gedir. Bu, XİN rəhbərinin qeyd etdiyi kimi, Nazirlər Kabinetinin bu formatda keçiriləcək üçüncü iclası olacaq.