Sloveniya hökumətinin Fələstini müstəqil dövlət kimi tanıması qərarı tezliklə atəşkəs çağırışıdır. Bu barədə respublikanın baş naziri Robert Qolob məlumat verib.
“Bu gün hökumət Fələstini müstəqil və suveren dövlət kimi tanımaq qərarına gəlib”, – baş nazir Sloveniya Mətbuat Agentliyinə istinadən bildirib. O izah edib ki, söhbət Fələstinin 1967-ci il sərhədləri daxilində tanınmasından gedir.
“Bu qərar hər iki tərəfə bir mesaj verir ki, biz hərbi əməliyyatların tez və dərhal dayandırılmasını və girovların tezliklə azad edilməsini istəyirik “, – Qolob bildirib. Siyasətçinin sözlərinə görə, qərar heç kimə qarşı yönəlməyib. O, əmindir ki, digər ölkələr də Sloveniyadan nümunə götürəcəklər. (Tass)