Mayın 30-da Sloveniya Respublikası hökuməti Fələstinin tanınması məsələsinə baxacaq. Bunu ölkənin baş naziri Robert Qolob deyib. Onun sözlərini Sloveniya Mətbuat Agentliyi xəbər verir.
“Son günlərdə keçirilən bir sıra məsləhətləşmələrdən sonra qərara gəldim ki, kabinet cümə axşamı parlamentin aşağı palatasında növbəti səsvermə üçün Fələstinin tanınması məsələsinə baxacaq”, – Qolob deyib. Siyasətçi vurğulayıb ki, Sloveniya “BMT Təhlükəsizlik Şurasının məsul üzvü kimi Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə borcludur”. (Tass)