Kiyev Vaşinqtonla əməkdaşlığı davam etdirməyə və yerin təki sərvətləri və birgə investisiya fondunun yaradılmasına dair saziş imzalamağa hazırdır. Bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.
“Bu gün Ukrayna Birləşmiş Ştatlarla əməkdaşlığı davam etdirməkdə qəti qərarlıdır. Biz bu imkanları praqmatik əməkdaşlıqda, o cümlədən iqtisadiyyata əsaslanan, xüsusən [yerin təki haqqında] saziş, Ukraynada birgə investisiya fondunun yaradılması üzrə axtarırıq. Biz onu müqaviləni imzalamağa hazırıq, bu istiqamətdə hərəkət edəcəyik”, – o, Kiyevdə keçirilən mətbuat konfransında deyib.
Şmıxal həmçinin ABŞ-a Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və əmin edib ki, Kiyev sənədi imzalamaq üçün Vaşinqtonla “bütün mövcud diplomatik kanallarla işləməyə davam edəcək”. (Tass)