Ukraynanın silah istehsalı onun tələbatının yalnız üçdə birini ödəyir. Bunu Ukraynanın baş naziri Denis Şmıxal ABŞ-dan hərbi yardımın dayandırılması ilə bağlı xəbərlər fonunda bildirib.
“Hazırda biz lazımi silahların təxminən üçdə birini istehsal edirik. Məqsədimiz 50%, heç də az deyil”, – o, Ukrayna telemarafonunda yayımlanan mətbuat konfransında deyib. (Tass)