Avqust 22, 2025-9:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

2024:04:26 - 13:48
in GÜNDƏM
A A

Azərbaycan əhalisi orta hesabla gün ərzində 74 qram əlavə şəkərdən istifadə edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 24 qramdan təxminən üç dəfə artıqdır. 24 qram təxminən altı çay qaşığı deməkdir. Buna müxtəlif qida məhsullarının tərkibindəki şirniyyatları, sərinləşdirilmiş, şirinləşdirici və energetik içkiləri misal göstərmək olar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) şöbə müdiri Rəşad Mehdizadə jurnalistlərə açıqlamasında söyləyib.

R.Mehdizadə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlam qidalanmaya təşviqi, eyni zamanda, istehlakçıların maarifləndirilməsi istiqamətində daim silsilə tədbirlər həyata keçirilməkdədir. Agentlik fəaliyyətə başladığı dövrdən etibarən müxtəlif hədəf qrupları üçün belə sosial məsuliyyət layihələri reallaşdırır. “Şəkəri azalt, ömrünü uzat” layihəsi də bu çərçivədə icra olunan növbəti layihələrdəndir.

“Bu gün də layihə çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, ADA Universitetinin dəstəyi ilə “Qida təhlükəsizliyi” simpoziumu keçirildi. Agentlik 2023-cü ilin dekabrında layihəyə start verib. Müxtəlif özəl təşkilatlar, ictimai xadimlər və vətəndaşlar layihədə yaxından iştirak ediblər. Layihə çərçivəsində iri ticarət mərkəzləri və supermarketlərdə agentliyin maarifləndirici sistemləri qurulub. Həmin sistemlər vasitəsilə istehlakçılar arasında bir sorğusu keçirilib və 2 775 nəfər sorğuda iştirak edib. Biz sorğu nəticələrinə nəzər yetirdikdə görürük ki, əhalinin böyük əksəriyyəti şəkər istehlakını ya kritik həddə, ya da normal həddə istifadə edir. Bu da artıq bizə müəyyən həyəcan təbili çalmağa imkan verir”, – deyə R.Mehdizadə əlavə edib.

Əvvəlki Yazı

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb – YENİLƏNİB

Növbəti Yazı

Azərbaycanda əmək bazarının rəqəmsal keçidində mühüm rol oynayacaq layihələr açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.