Sentyabr 13, 2025-3:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR AÇG blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır

2024:06:06 - 13:20
in İQTİSADİYYAT
A A

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunun II günündə deyib.

Onun sözlərinə görə, AÇG blokunda 30 ildir ki, hasilat həyata keçirilir: “Eyni zamanda, burada yüksək səmərəli quyular var. Layların hasilat əmsalı təxminən 30-40 % təşkil edir və bu da məqbul səviyyədir. Lakin biz bu rəqəmi daha da artırmaq, yəni 50 %-ə çatdırmaq istəyirik”.

B. Hüseynov qeyd edib ki, bu, yataqda yeni infrastrukturun tətbiqi sayəsində mümkün olacaq.

Xatırladaq ki, “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatırdı. Amma 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən, pay bölgüsü bu formadadır: Britaniyanın BP şirkəti (layihə operatoru) – 30,37 %, SOCAR – 25 %, Macarıstanın MOL şirkəti – 9,57 %, Yaponiyanın “Inpex Corp” şirkəti – 9,31 %, Norveçin “Equinor” şirkəti – 7,27 %, ABŞ-nin “ExxonMobil” şirkəti – 6,79 %, Türkiyənin TPAO şirkəti – 5,73 %, Yaponiyanın “ITOCHU Oil” şirkəti – 3,65 %, Hindistanın “ONGC Videsh” şirkəti – 2,31 %.

Əvvəlki Yazı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Növbəti Yazı

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi dəyişdirilib – SƏRƏNCAM

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.