İyun 18, 2025-20:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR Londonda keçirilən Enerji keçidi Sammitində iştirak edib

2023:11:02 - 16:54
in İQTİSADİYYAT
A A

Böyük Britaniyanın London şəhərində “Financial Times” mətbuat orqanının təşkilatçılığı ilə Enerji keçidi Sammiti keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, iri sənaye müəssisələrinin, beynəlxalq şirkətlərin rəhbərlərini, maliyyə və biznes liderlərini, investorları bir araya gətirən sammit müasir sənayenin yeni enerjiyə keçid siyasətinə uyğunlaşdırılması, enerji effektivliyi, həmçinin enerji təhlükəsizliyi mövzularına həsr olunub.

Sammitdə iştirak edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Təmiz enerjinin çatdırılması: 2030-cu ildə neft və qaz şirkətlərinin gələcək görünüşü” mövzusunda panel müzakirəsində çıxış edib.

Ə.İsayev çıxışında tədbir iştirakçılarına SOCAR-ın dekarbonizasiya və enerji keçidi sahəsində fəaliyyəti, həyata keçirilən layihələr, habelə gələcək hədəflər barədə ətraflı məlumat verib.

Çıxışda SOCAR apstrim seqmentində birbaşa emissiyaları minimum səviyyəyə endirməyə nail olunduğu qeyd edilib. Bu təcrübənin digər seqmentlərdə də emissiyaların azaldılması üçün aşağı karbonlu biznes modelləri və strategiyaların hazırlanmasına imkan verəcəyi diqqətə çatdırılıb.

Panel müzakirələr zamanı, həmçinin SOCAR-ın “yaşıl enerji”yə keçid proqramı çərçivəsində “Masdar”, BP, “ACWA Power” və digər şirkətlər ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki Yazı

Dövlət Xidməti: Dekabrda 21 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Növbəti Yazı

Zəfər Günü ilə bağlı Humanitar Elmlər Bölməsinin institutlarında tədbirlər keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.