Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın “Qaraqalpaq” investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını araşdırır.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
Nazirin sözlərinə görə, Özbəkistanla ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur. O, yaxın zamanda “Qaraqalpaq” bloku üzrə genişmiqyaslı işlərin başlanacağına ümid etdiyini vurğulayıb.