Avqust 11, 2025-16:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“SOCAR Türkiyə” Bursa və Kayseridə qazpaylayıcı şəbəkələrə əlavə sərmayələr yatıracaq

2024:03:07 - 14:38
in İQTİSADİYYAT
A A

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə kompaniyası olan “SOCAR Türkiyə” qardaş ölkənin Bursa və Kayseri vilayətlərində qazpaylayıcı şəbəkələrə əlavə sərmayələrin yatırılmasını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “SOCAR Türkiyə”nin Təbii qaz şöbəsinin rəhbəri Fuad İbrahimov məlumat verib. Onun sözlərinə görə, yeni sərmayələr sayəsində həmin regionda paylayıcı qaz xətlərinin uzunluğu ilin sonunda 14 min 770 kilometrə çatacaq.

F.İbrahimov xatırladıb ki, “SOCAR Türkiyə” kompaniyasının Təbii qaz şöbəsi 2029-cu ildə yaradılıb və bu günədək “Bursagaz” və “Kayserigaz” şirkətləri ilə topdan tədarük və təbii qazın paylanılması üzrə kontraktlar imzalanıb. “Bu kontraktlar əsasında həmin iki vilayətdə 1,9 milyon abonentə xidmət göstəririk. Onların 1,2 milyon nəfəri təbii qazı Türkiyənin ən böyük dördüncü şirkəti olan “Bursagaz”dan alır”, – deyə şöbə müdiri əlavə edib.

“SOCAR Türkiyə” kompaniyasının nümayəndəsi qeyd edib ki, onun təmsil etdiyi şirkət 2019-2023-cü illərdə “Bursagaz” və “Kayserigaz”a təqribən 170 milyon dollar sərmayə yatırıb. O, həmçinin diqqəti Türkiyənin qazpaylayıcı şəbəkələrinin genişləndirilməsi templərinə çəkib. F.İbrahimov deyib: “2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisinin 84 faizi təbii qazdan istifadə edir, ümumilikdə isə son on ildə bu ölkədə qaz abonentlərinin sayı ildə orta hesabla 1 milyon nəfər artıb”.

Əvvəlki Yazı

Nazir: Azərbaycan-Rusiya iqtisadi əlaqələri artan xətlə inkişaf edir

Növbəti Yazı

® “PAŞA Bank” “İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu” adlı beynəlxalq konfrans keçirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.