Avqust 2, 2025-8:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR “Uniper” şirkəti ilə 2024-cü il üzrə əməkdaşlıq proqramını imzalayıb

2023:12:05 - 12:00
in İQTİSADİYYAT
A A

Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında enerji sektorunda davamlı tərəfdaşlığı təşviq edən Əlaqələndirmə komitəsinin 8-ci iclası keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR və “Uniper” şirkətlərinin rəhbər şəxslərdən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımlar, SOCAR-da insan resurslarının inkişafı sahəsində əldə olunan nailiyyətlər, “Uniper”in yeni strategiyası və biznes maraqları müzakirə olunub. Eyni zamanda, Azərbaycanda enerji keçidi ilə bağlı görülən işlər və SOCAR-ın gələcək layihələri ilə bağlı təqdimat edilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfirinin, SOCAR və “Uniper” şirkətlərinin rəhbər şəxslərinin çıxışları dinlənilib, enerji sənayesinin inkişafına dair fikir və təcrübə mübadiləsi aparılıb.

İclasda tədbirin şirkətlər arasında əməkdaşlıq əlaqələrin genişləndirilməsi, enerji məsələləri və nəzərdə tutulan layihələr üzrə müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir çərçivəsində SOCAR ilə “Uniper” şirkəti arasında “2024-cü il üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.

Qeyd edək ki, beynəlxalq enerji şirkəti olan “Uniper” qlobal müstəvidə çevik və aşağı karbonlu enerji həlləri üzrə ixtisaslaşıb. 2013-cü ildə Avropanın enerji təchizatının təhlükəsizliyinin və şaxələndirilməsinin gücləndirilməsi məqsədilə “Uniper” və SOCAR şirkətləri arasında uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalanıb. 2016-cı ildə enerji səmərəliliyinin inkişafı məqsədilə yaradılmış müəssisə bu əməkdaşlığın inkişafına xidmət edir.

Əvvəlki Yazı

Növbəti Yazı

Tanınmış pedaqoq məktəblilərlə görüşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.