İsrail Qəzza zolağında mülki əhalinin müdafiəsini və humanitar malların daxil olmasını təmin etməlidir. Bunu Berlində Almaniya kansleri Olaf Şolz deyib.
“Beynəlxalq hüquq və BMT prinsipləri Yaxın Şərqdəki münaqişə ilə bağlı da bizim standartımızdır. Bu o deməkdir ki, İsrail HƏMAS terroruna qarşı özünü müdafiə etmək hüququna malikdir”, – Şolz bildirib. Onun sözlərinə görə, “Həmas girovları azad etməlidir” və “İsrail mülki insanları müdafiə etməli və Qəzza zolağına humanitar yardım göndərməlidir”.
“Bizə davamlı atəşkəs lazımdır” deyən kansler əlavə edib: “Və nəhayət, münaqişənin uzunmüddətli həlli perspektivinə ehtiyacımız var.” (Tass)