Almaniya kansleri Olaf Şolz Polşanın baş naziri Donald Tusk ilə telefon danışığı aparıb, görüş zamanı tərəflər qeyri-qanuni miqrasiya ilə mübarizə və Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
“Kansler Almaniya hökumətinin qəbul etdiyi miqrasiya siyasəti tədbirləri və qeyri-qanuni miqrasiyanın azaldılması üçün Avropa hüquqi rejimi çərçivəsində görüləcək gələcək mülahizələri izah edib”, – Hebestreit qeyd edib. “Tərəflər qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq problemlərinin yalnız birlikdə həll oluna biləcəyi və avropalı tərəfdaşlar arasında sıx əməkdaşlığın vacib olduğu barədə razılığa gəliblər”, o əlavə edib.
Eyni zamanda, Şolz və Tusk Avropanın xarici sərhədlərinin mühafizəsini gücləndirmək barədə razılığa gəliblər. “Almaniya kansleri və Polşanın baş naziri bu məsələlərlə bağlı sıx fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər”, – Hebestreit yekunlaşdırıb. (Tass)