Almaniya kansleri Olaf Şolz cümə axşamı axşam ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb və bu zaman sonuncunun Almaniyaya səfərini təxirə salmaq qərarı müzakirə olunub. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.
“ABŞ prezidenti Milton qasırğasının təsirinə məruz qalan ərazilərdə mövcud vəziyyət haqqında məlumat verdi. Bununla əlaqədar, onun Almaniyaya səfərini təxirə salmaq qərarı kansler tərəfindən tam başa düşüldü”, – Hebestreit qeyd edib. “Hər ikisi müxtəlif beynəlxalq çağırışlar fonunda sıx təmasda olmağa razılaşıblar”, – o əlavə edib.
Oktyabrın 8-də Bayden ABŞ-a yaxınlaşan super güclü Milton qasırğası səbəbindən Almaniya və Anqolaya oktyabrın 10-15-nə planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib. Bununla əlaqədar oktyabrın 12-də Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun görüşü baş tutmayıb. (Tass)