Somalinin Beledveyn şəhərində yerli ağsaqqalların toplantısı zamanı əş-Şəbab terrorçularının Kagira otelinə hücumu nəticəsində ən azı 11 nəfər həlak olub. Bu barədə Garowe Online nəşri məlumat yayıb.
Daha əvvəl Reuters dörd nəfərin öldüyünü bildirmişdi.
Garowe Online-a görə, qurbanlar arasında ən böyük yerli klanlardan olan dörd ağsaqqal da var.
Hücum şahidinin sözlərinə görə, əvvəlcə partlayış, ardınca atışma və daha bir partlayış olub. Onun sözlərinə görə, partlayışlar və atışma nəticəsində otelin bir hissəsi dağıntılara çevrilib.
İlkin məlumata görə, oteldə ictimai toplantı keçirilib, yerli ağsaqqallar və Somali Silahlı Qüvvələrinin nümayəndələri gəncləri “Əş-Şəbab”a qarşı döyüşlərdə iştirak etməyə çağırıblar.
Artıq hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb. Qrup hücumda 10-dan çox adamın öldüyünü iddia edir. (Tass)