Fələstinin radikal HƏMAS hərəkatı 2023-cü ilin oktyabr ayından Qəzza zolağında hərbi əməliyyatlar keçirən İsrail ordusu üçün ciddi təhlükə yaradaraq, son bir neçə ay ərzində minlərlə döyüşçü toplayıb. Bu barədə “ The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.
Onların məlumatına görə, yaraqlılar xüsusi hərbi hazırlıq tələb etməyən odlu silah və tank əleyhinə silahlardan istifadə etməklə bir neçə nəfərdən ibarət kiçik qruplar şəklində qəfil hücumlar həyata keçirirlər. Qəzetin həmsöhbətləri qeyd edirlər ki, Həmas tərəfdarlarını və onların ailələrini qida və tibbi yardımla təmin edəcəyinə söz verir.
İsrail ordusunun istefada olan briqada generalı Əmir Avivi nəşrə deyib: “HƏMAS-ın gücünü bərpa etmək sürəti İsrail Müdafiə Qüvvələrinin onları məhv etmə sürətindən çoxdur. [Qəzza zolağındakı hərəkatın yeni lideri] Məhəmməd Sinvar hər şeyə nəzarət edir”. .
WSJ-nin məlumatına görə, Sinvar Qəzza zolağında müvəqqəti deyil, daimi atəşkəs haqqında sazişin bağlanmasının tərəfdarıdır. Sinvar məktubunda yazır: “HƏMAS öz şərtlərini diktə etmək iqtidarındadır. HƏMAS bütün qəzzalıların əzab-əziyyətinə son qoyan, onların tökdükləri qanı və çəkdikləri əzabları əhatə edən hərtərəfli razılıq əldə olunmayınca mübarizəni davam etdirəcək”. Sənəddən çıxarışlar WSJ tərəfindən dərc olunub.
2024-cü ildə Həmas tərəfindən saxlanılan girovların azad edilməsi üçün danışıqların bir neçə raundu dalana dirəndi. Tərəflər 2023-cü ilin noyabr ayının sonunda əldə edilmiş razılaşmanı uzada bilməyiblər, buna əsasən bir həftəlik atəşkəs nəticəsində 105 girov azad edilib. İsrail 2023-cü il oktyabrın 7-də oğurlanan 98 girovun hələ də Qəzzada olduğuna inanır. Son 14 ayda İDF əsgərləri 8 girovu xilas edib, 40 nəfərin cəsədini çıxarıb. (Tass)