Son zamanlar İsrail və Livan arasında genişmiqyaslı müharibə riski artıb. Bu barədə “The Wall Street Journal” İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onların fikrincə, Livanın cənubundan yəhudi dövlətinə hücumlar Livanın şiə partiyası Hizbullahın silahlı qanadının İsrail ərazisini atəşə tutmağa hazır olduğuna işarədir. Rəsmilərin qeyd etdiyi kimi, onların ölkəsi bu cür hücumlara cavab verməyə davam edəcək.
Bundan əvvəl Hizbullah yaraqlıları sərhəd bölgələrində İsrail ordusunun mövqelərinə və mexanikləşdirilmiş patrullarına 18 raket zərbəsi endirib. Yəhudi dövlətinin müdafiə naziri Yoav Qalantın sözlərinə görə, İsrail hakimiyyəti Hizbullahın Livanı müharibəyə sürükləməyə yaxın olduğuna inanır və bu halda İsrail Beyrutda hazırda etdiyi işi etməyə hazırdır. (Tass)