İyun 19, 2025-10:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Son illər formalaşan kibertəhlükəsizlik ekosistemi Azərbaycan üçün dayanıqlı müdafiə mühiti yaradıb

2025:04:23 - 17:34
in SİYASƏT
A A

Azərbaycanın kibertəhlükəsizlik ekosistemi dayanıqlı strategiyalarla dəstəklənməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin İnformasiya

təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev söyləyib.

O, ölkənin kibertəhlükəsizlik ekosistemi və gənclərin bu sahədəki rolu barədə fikirlərini bölüşüb. Qeyd edib ki, qlobal miqyasda artan kiber təhdidlər fonunda ölkə səviyyəsində effektiv kibertəhlükəsizlik strategiyalarının hazırlanması və tətbiqi zəruridir: “Azərbaycanda kiber risklərin qiymətləndirilməsi və idarə olunması istiqamətində hazırlanmış strateji yanaşmalar bu sahənin inkişafına güclü dəstək verir. Son illər ərzində formalaşan kibertəhlükəsizlik ekosistemi ölkəmiz üçün dayanıqlı müdafiə mühiti yaradıb”.

Ş.Hacıyahyayev vurğulayıb ki, gənclərin qlobal rəqəmsal dünyada qarşılaşdıqları kiber təhdidlərin mahiyyətini dərk etməsi və onlara qarşı düzgün cavab mexanizmlərini mənimsəməsi bu sahədə başlıca prioritetlərdən biridir: “Bu kimi forumlar gənclərə kibertəhlükələrin zərərini başa düşmək, həmçinin onlara qarşı hansı müdafiə alətlərindən istifadə edilməli olduğunu öyrənmək baxımından çox faydalıdır. Burada keçirilən simulyasiya sessiyaları, eləcə də panel müzakirələr vasitəsilə iştirakçılar həm biliklərini genişləndirir, həm də öz suallarını ekspertlərə ünvanlayaraq real təcrübə əldə edirlər”.

O əlavə edib ki, bu cür tədbirlər gənclərin yalnız akademik və nəzəri biliklərini artırmaqla kifayətlənmir, eyni zamanda, onların gələcək peşə həyatında və şəxsi fəaliyyətlərində rastlaşa biləcəkləri kiber təhdidlərə qarşı operativ və effektli cavab tədbirləri formalaşdırmalarına şərait yaradır. Ş.Hacıyahyayev bu kimi təşəbbüslərin davamlı olaraq keçirilməsinin Azərbaycan kibertəhlükəsizliyi sahəsinin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Əvvəlki Yazı

Samir Vəliyev: Azərbaycan və Çin strateji tərəfdaşlıq əlaqələrini gücləndirir

Növbəti Yazı

İstanbulda məktəblər 2 günlük bağlandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.