“Pobeda” müxalifət partiyası blokunun lideri İlan Şor polisi müxalifətin etirazlarını yatırmaq üçün hakimiyyətin əmrlərinə tabe olmamağa və xalqın tərəfinə keçməyə çağırıb.
“Hörmətli Moldova zabitləri! Sizi Moldova xalqının tərəfinə keçməyə çağırıram! Sizə xalqın etirazını boğmaq əmri verilib. Amma siz yuxarılara yox, xalqa and içmisiniz. Sizə söz verirəm: biz bu alçaq sarı hökuməti əvəz edəndə siz ləyaqətlə yaşayacaqsınız. Heç kim sizi qanunsuz hərəkətlərə məcbur etməyəcək və öz ölkənizin xeyrinə olacaqsınız!” – Şor Telegram kanalında yazıb.
(Tass)